Ölkə

Birdəfəlik ödəmə almaq istəyənlərin nəzərinə: Fırıldaqçılara aldanmayın! – FOTO

“Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə fəaliyyət göstərilməsi müşahidə olunur”.

Birdəfəlik ödəmə almaq istəyənlərin nəzərinə: Fırıldaqçılara aldanmayın! – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə fəaliyyət göstərilməsi müşahidə olunur”.

DiasporPress.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat paylaşıb.

O bildirib ki, insanları aldatmağa çalışan şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət olunacaq:

“Onlar işini və qazancını itirmiş vətəndaşlara onlayn müraciət edilməsində ödəniş müqabilində öz xidmətlərini təklif edirlər. Sizə bunu əks etdirən bir neçə şəkil təqdim edirəm. İşini və qazancını itirmiş əhali qrupuna sosial dəstək üçün nəzərdə tutulan tədbir üzərindən qazanc, mənfəət əldə etmək meyillərini qəti şəkildə pisləyirik. Bildiririk ki, bu cür fəaliyyətlərini davam etdirəcəkləri halda onlar barədə toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Vətəndaşları isə belə fırıldaqçılara aldanmamağa çağırırıq”.

Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladırıq.