Ölkə

Binəqədidə monitorinqlər davam etdirilir – Fotolar

Binəqədidə monitorinqlər davam etdirilir – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir.

DiasporPress.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə  mobil qrupların və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən əhalinin sıx olduğu məkanlarda, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində reydlər keçirilib.

Obyekt sahiblərinə Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilir.

Mobil qrupun üzvləri tərəfindən iayişə obyektlərində fiziki məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

Reydlər zamanı pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.