Türkiyənin “Beşiktaş” klubunun keçmiş futbolçusu Daniel Qabriel Panku Rumıniyada ikinci liqa komandası – Buxarest “Rapid”inin prezidenti olub.
Bu barədə “Hürriyet” yazıb.
Klubdan verilən açıqlamaya əsasən, Ovidiu Burkadan sonra prezident postuna Daniel Qabriel Panku sahib olacaq.
Xatırladaq ki, 42 yaşlı D.Panku 2002-2006-cı illər mövsümündə “Beşiktaş” klubunun heyətində çıxış edib.
DiasporPress.az