Ölkə

Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMA

Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı həkimdən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəhram Bağırzadənin ümumi vəziyyəti yaxşıdır”.

Bunu DiasporPress.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

Həkimin sözlərinə görə, Əməkdar artist B.Bağırzadənin ümumi vəziyyətində müsbət dinamika davam edir:

“Hələ də reanimasiya şəraitində müalicəsi, reabilitasiyası davam edir. Vəziyyəti yaxşıdır, tənəffüsü normaldır”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin ECMO cihazına qoşulmasına qərar verilib. İyulun 1-də Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.