Bayram Nurlu karantin rejimini pozduğu üçün cəzalandırıldı

Bayram Nurlu karantin rejimini pozduğu üçün cəzalandırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Bayram Nurlu kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqsini əks etdirən görüntülər yayımlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib.

 

 

 

 

 

DiasporPress.az