Almaniya Bundesliqasında XXVIII tura start verilib.
DiasporPress.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.
Günün ilk qarşılaşmasında əzəli rəqiblər Dortmund “Borussiya”sı ilə “Bavariya” üz-üzə gəlib. “Siqnal İduna Park”dakı oyunun taleyini tək qol həll edib. Coşua Kimmix münhenlilərə səfər qələbəsi qazandırıb. “Bavariya” bu qalibiyyətlə liderliyini bir qədər də möhkəmlədib və ən yaxın izləyicisi ilə aradakı fərqi yeddi xala yüksəldib.
İddialılardan “Bayer” öz meydanında “Volfsburq”a böyük hesabla məğlub olaraq, turnir cədvəlində irəliləmək şansını əldən verib.
Bol qollu başa çatan “Ayntraxt” – “Frayburq” matçında meydan sahibləri məğlubiyyətdən son dəqiqələrdə gələn qollarla qurtulub.
Qeyd edək ki, turun digər oyunları mayın 27-də keçiriləcək.
DiasporPress.az