Dünya

Batumidə karantində olan 50 nəfər zəhərləndi

Gürcüstan Milli Qida Agentliyi Batumidə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Batumidə karantində olan 50 nəfər zəhərləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Milli Qida Agentliyi Batumidə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə “Sputnik Gürcüstan” Acarıstan Səhiyyə nazirinin müavini Nino Nijaradzeyə istinadən məlumat yayıb.

Bildirilir ki, Batumi şəhərində hotellərdən birinin karantin zonasında qidadan zəhərlənən 50 nəfərdən koronavirus testi götürülüb. Onların nəticələri mənfi olub.

“İki gün əvvəl iki xəstədə həm zəhərlənmə, həm də koronavirus üçün xarakterik əlamətlər olub. Buna görə onlar klinikaya köçürülüb və müayinə edilib. Son iki həftədə oxşar simptomları olanların hamısına koronavirus testi edilib. Nəticələri mənfi olduğu üçün tibbi yardım göstərildikdən dərhal sonra hotelə qaytarılıblar”.

Nino Nijaradzenin sözlərinə görə, zəhərlənmə faktını araşdıran Milli Qida Agentliyi, ümumiyyətlə, bütün karantin zonalarına nəzarət edir və onların monitorinqi yalnız bu faktla əlaqələndirilmir.

Gürcüstan hökumətinin qərarı ilə koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində ölkəyə gələn bütün vətəndaşlar iki həftəlik məcburi karantinə göndərilir. Ölkə daxilində bu məqsədlər üçün 86 hotel ayrılıb.

 

DiasporPress.az