İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Maria Bartomeu 33 yaşlı Lionel Messi barədə fikirlərini bölüşüb.
“Goal” nəşrinə müsahibə verən X.Bartomeu L.Messinin karyerasını “Barselona”da bitəcəyinə şübhə etmədiyini bildirib.
“Biz Messi ilə danışıqlar aparırıq və aparmaqda davam edəcəyik. O, karyerasını “Barselona”da başa vurmaq istəyir. L.Messinin klubda qalacağına şübhə etmirəm”.
Kataloniya klubunun prezidenti 33 yaşlı futbolçunun son günlər nümayiş etdirdiyi oyuna da toxunub:
“Onun oyun üslubunu qarşılaşmaya uyğunlaşdırması heyranedicidir. Messi hər il bizə yeni nə isə təqdim edir, qollarının sayı, ötürmələrinin dəqiqliyi azalmır. Əksinə, zaman keçdikcə göstəriciləri daha da yüksəlir. L.Messinin 2025-ci ildə necə oynayacağını asanlıqla təsəvvür edə bilərəm”, – deyə “Barselona” klubunun prezidenti fikrini tamamlayıb.
Xatırladaq ki, son dövrlərdə argentinalı ulduz futbolçunun “Barselona”nı tərk edərək, karyerasını “Mançester Siti” klubunda davam etdirəcəyi barədə xəbərlər yayılıb.