Ölkə

Balakəndə ayı satmaq istəyənlər saxlanıldı – Fotolar

Balakəndə ayı satmaq istəyənlər saxlanıldı – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə keçirilən əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab” a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətdən  DiasporPress.az-a  verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “saxla” əmri verilib. Avtomobilə baxış zamanı orada 2 qonur ayı balası aşkar edilib.

Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri Anar Abdullayev, Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib. A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda meşəyə gedərkən orada qonur ayı balalarını görərək özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq bəslədikdən sonra 3500 manata onları satmaq üçün V.Əhmədova məxsus avtomobillə Balakən rayonuna gətirdiklərini bildiriblər. Polis əməkdaşları tərəfindən qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.