Bakının bəzi qəsəbələrində su olmayacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 6 mart 2020-ci il tarixində gün ərzində Müşfiqabad, 28 May, Nübar, Sulutəpə və Biləcəri qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
DiasporPress.az