Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi

Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yük maşınının vurması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Trend-in məlumatına görə, hadisə iyulun 4-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Zakir Abbasovun idarə etdiyi yük avtomobili piyada olan 30-40 yaşlarında kişinin üstündən keçərək öldürüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, İstintaq Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zaman ölən şəxsin Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Məhəmməd Məmmədov olduğu müəyyən edilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.