Suraxanı rayonunda 41 yaşlı kişi bıçaq xəsarətləri alıb.
DiasporPress.az xəbər verir ki, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm Əleyhinə Dispanserdə baş verib.
1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn Oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
DiasporPress.az