Ölkə

Bakıda velosiped oğruları tutuldu – FOTO

Bakıda velosiped oğruları tutuldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Elbrus Məmmədov tutulub.

Araşdırma zamanı onun binaların dəhlizlərində və yardımçı otaqlarında saxlanılan yeddi velosipedi oğurladığı məlum olub. E.Məmmədov oğurladığı velosipedləri tanışı Sabunçu rayon sakini Fuad Əhmədova satıb.

Polis əməkdaşları tərəfindən saxlanılan F.Əhmədovun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən altısı aşkar olunaraq maddi sübut kimi götürülüb. Oğurluq velosipedin digəri isə F.Əhmədov tərəfindən paytaxt sakini Rəhim Kərimova satılıb.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.