Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs ələ keçib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da paytaxt sakini G.Musayevanın içərisində 80 manat və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən R.Şükürov saxlanılıb.
DiasporPress.az