Ölkə

Bakıda şirkətin anbarı qarət olundu

Bakıda şirkətin anbarı qarət olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda anbar qarət edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, A.Abbaszadə küçəsində baş verib.

Həmin küçədə yerləşən şirkətlərdən birinin anbarına daxil olan naməlum şəxslər oradan 4 200 manat dəyərində 20 min 500 ədəd künclük və 9 min 500 ədəd sıxıcı vasitə oğurlayıb.

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – 1999-cu il təvəllüdlü Yusif Həsənov, 1994-cü il təvəllüdlü Fərid Şıxıyev və Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

DiasporPress.az