Ölkə

Bakıda sərxoş şəxs avtomobili polis əməkdaşının üstünə sürdü

Ötən gün Bakının Suraxanı rayonunda hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik hadisəsi qeydə alınıb.

Bakıda sərxoş şəxs avtomobili polis əməkdaşının üstünə sürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakının Suraxanı rayonunda hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik hadisəsi qeydə alınıb.

Xüsusi karantin rejimi qaydalarını pozan sərxoş sürücü avtomobili polis əməkdaşının üstünə sürüb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə aprelin 19-da, saat 04:00 radələrində Ramana qəsəbəsində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları karantinlə əlaqədar qurulan postda “Opel” markalı avtomobili saxlamağa çalışıblar. Lakin sürücü onların tələblərinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili Post-Patrul Xidmətinin əməkdaşı Nurlan Müzəffərlinin (1997-ci il təvəllüdlü) üstünə sürüb. Nəticədə, xəsarət alan asayiş keşikçisi Daxili İşlər Nazirliyinin xəstəxanasına yerləşdirilib.

Polislər qanunu pozan Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Sahir Nəsibovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

 

DiasporPress.az