Bakıda qalan əcnəbi futbolçu: “Həyat yoldaşım və qızımla birlikdə olmaq fürsətdir”

Bakıda qalan əcnəbi futbolçu: “Həyat yoldaşım və qızımla birlikdə olmaq fürsətdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fəal həyat tərzinə öyrəşdiyin zaman bütün gün məşq edirsən, fərqli fəaliyyətlərin olur. Amma indi bütün günü evdə oturmaq məcburiyyətində qaldığımız üçün çox çətindir”.

DiasporPress.az xəbər verir ki, “Zirə”nin moldovalı futbolçusu Qeorge Anton deyib.

27 yaşlı yarımmüdafiəçi gün ərzində iki saat vaxtının olduğunu və bunu idmanla dəyərləndirdiyini bildirib:

“Həyat yoldaşım və qızımla birlikdə olmaq bir fürsətdir. Boş vaxtlarımda kitab oxuyuram. Gün ərzində evdən iki saatlıq çıxmaq mümkündür. Onda da dostlarımla tennis, futbol tennisi, bir sözlə, müxtəlif oyunlar oynayırıq. Hər zaman hərəkətdəyik”.

O, son səkkiz turu oynanmadan başa çatdırılan Premyer Liqada beşinci yeri tutmaları barədə də danışıb:

“Yaxşı komandamız var. Avropa Liqasına vəsiqə qazanan dördüncü yerin sahibi ilə eyni sayda xal toplasaq da, top fərqinə görə onlar avrokuboklara yollandılar”.

 

 

DiasporPress.az