Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, “Aqroprom” bağları ərazisində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az