Ötən şənbə günü Bakının Suraxanı rayonunda evdən oğurluq edilib.
Bu barədə Suraxanı rayonu Polis İdarəsindən məlumat daxil olub.
Bülbülə qəsəbəsində naməlum şəxs birinci mərtəbədə yaşayan 42 yaşlı Fuad Əliyevin evinə nəfəslik vasitəsilə daxil olub.
Həmin şəxs evdən 7500 manat, 10200 ABŞ dolları və 7500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Daha sonra o, F.Əliyevin evinin həyətindən “Şkoda” markalı avtomobili qaçırıb.
Zərərçəkənin beş gün evdə olmadığı məlum olub.
Faktla bağlı araşdırma 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır.
Hələlik saxlanılan yoxdur.
DiasporPress.az