Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 24-də, saat 19:00 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Azad Zeynalovu vurub.
A.Zeynalov hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.