Bakıda gənc qız iki mənzili qarət edib.
Trend-in məlumatına görə, hadisə mayın 9-da Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib.
Naməlum şəxs qəsəbə sakini İmran Abbasova məxsus mənzildən min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.
Həmçinin, mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az