Martın 7-də saat 23:00-da Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Ziya Bünyadov prospektində yerləşən dördmərtəbəli binada mebel sexinin işçisi, Bakı şəhər sakini Elnur Rəhimov (1997-ci il təvəllüdlü) liftin şaxtasına yıxılıb.
E.Rəhimov 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Nərimanov rayonu 17-ci polis şöbəsi tərəfindən araşdırma aparılır.
DiasporPress.az