Dünya

Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcək

Bakıda ləğv olunmuş Avropa çempionatı beş il sonra keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin martında Bakıda keçirilməsi planlaşdırılmış, lakin koronavirusa görə ləğv edilmiş karate üzrə Avropa çempionatı beş il sonra təşkil olunacaq.

DiasporPress.az xəbər verir ki, bu gün Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsi videokonfrans keçirib.

Onlayn konfransda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da iştirak edib.

İclasda 2021-2025-ci ildə keçiriləcək bəzi yarış və tədbirlərin təqvimi və məkanı müəyyənləşib. EKF 2025-ci ildəki Avropa çempionatının paytaxtımızda baş tutmasına qərar verib.

Bundan başqa, yeniyetmə, gənclər və 21 yaşadək karateçilərin Avropa çempionatının 2021-ci ilin fevralında Finlandiyanın Tampere, böyüklərin qitə birinciliyinin isə 2021-ci ilin mayında İsveçin Qöteborq şəhərində olması təsdiqlənib.

Həmçinin, 2021-ci ilin iyulunda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa Universitet İdmanları Assosiasiyası Oyunlarında karatenin salınmasına qərar verilib.

 

 

 

 

 

 

DiasporPress.az