Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə hamam” deyilən tikilinin içərisində kişi meyiti aşkarlanıb.
Trend-in məlumatına görə, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib.
Hadisə yerinə baxış keçirilərkən meyitin yaxınlığında şpris aşkar olunub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
DiasporPress.az