İyunun 8-də saat 22:30 radələrində Bakıxanov qəsəbəsindən 3 saylı Bakı Klinik Xəstəxanasına gətirilən 1983-cü il təvəllüdlü İlham Nağıyevin bədənində həkimlər tərəfindən altı bıçaq yarası müəyyən olunub.
Bu barədə Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Sinə və qarın nahiyələrinə nüfuz edən yaralardan biri dərindir.
Hələlik 13-cü Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin kimliyini müəyyənləşdirməyiblər. Bu istiqamətdə araşdırma davam etdirilir.
Qeyd edək ki, son bir gündə Azərbaycan paytaxtında iki bıçaqlanma faktı qeydə alınıb.
İkinci hadisə Nizami rayonunda baş verib. İyunun 9-na keçən gecə 1986-cı il təvəllüdlü Qəbələ rayon sakini Tərlan Abdulhüseynov yaralanıb. O, qarın nahiyəsinə nüfuz edən bıçaq yarası ilə “Azərsutikinti” xəstəxanasına aparılıb. Bu fakt üzrə də hücum edən şəxsin kimliyi hələlik məlum olmayıb.
DiasporPress.az