Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı

Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda bir kişi özünü yandırıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə mayın 19-da Bülbülə qəsəbəsində, Bakıdakı şirkətlərdən birinin baş ofisinin həyətində qeydə alınıb.

1981-ci il təvəllüdlü yerli sakin Zaur Əsədov üstünə benzin tökərək, özünü yandırıb. Hadisə şahidləri alovu söndürüblər.

Zərərçəkən 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumatlara görə, Z.Əsədov özünü yandırmaqla şirkətin hərəkətlərinə etirazını bildirib.

İntihar cəhdi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

 

Diasporpress.az