Bakıda kişi narkotik istifadəçisi olan tanışını döyərək öldürdü

Bakıda kişi narkotik istifadəçisi olan tanışını döyərək öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu il mayın 24-də polis əməkdaşları paytaxtın Bəşir Səfəroğlu küçəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsinin zirzəmisində naməlum kişi meyiti aşkar ediblər.

Araşdırmalar zamanı öldürülən şəxsin 31 yaşlı Bakı sakini Orxan Əliyev olması müəyyən edilib. İstintaqla məlum olub ki, mayın 23-ü saat 20 radələrində Mehrac Qəhrəmanov sərxoş vəziyyətdə iki gün tanıdığı və zirzəmidə birlikdə yaşadığı O.Əliyevə yumruq zərbələri vuraraq, sonuncuya ağır xəsarətlər yetirib.

Belə ki, O.Əliyev uzun müddət narkotik maddələrdən istifadə etmədiyinə görə onda ağrılar yaranıb. Uzandığı yerdən su istəyəndən sonra söyüşlər söydüyü üçün M.Qəhrəmanov köməksiz vəziyyətdə olan zərərçəkmişi öldürüb.

Məhkəmə prosesində M.Qəhrəmanov ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, O.Əliyev narkotik vasitənin təsirindən vəfat edib, onu öldürməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

DiasporPress.az