Bakıda kişi liftdə arvadını amansızlıqla qətlə yetirdi

Bakıda kişi liftdə arvadını amansızlıqla qətlə yetirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda qadının qəsdən öldürülməsi faktı qeydə alınıb.

Bu barədə  rayonun Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 21-də, saat 21:15 radələrində Cavadxan küçəsində yerləşən 1 nömrəli binanın liftində baş verib. Orada yaşayan 1977-ci il təvəllüdlü Hafiz Əsgərov 1980-ci il təvəllüdlü həyat yoldaşı Könül Əsgərovaya çoxsaylı bıçaq zərbəsi endirib və boğazını kəsib.

Patoloqoanatomlar qadının bədənində 48 bıçaq yarası qeyd ediblər.

Hadisəni törədəndən sonra kişi polisə gələrək cinayəti etiraf edib. İlkin araşdırma zamanı ağır cinayətin qısqanclıq zəminində törədildiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi – qəsdən adam öldürmə faktı ilə cinayət işi başlanıb.

 

DiasporPress.az