Ölkə

Bakıda kirayənişin qadına görə ev sahibini bıçaqladı

Bakıda kirayənişin qadına görə ev sahibini bıçaqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində Gürcüstan vətəndaşının ağır bədən xəsarəti yetirməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, mayın 2-də axşam saatlarında Binəqədi rayonunun Sulutəpə kənd sakini – 1962-ci il təvəllüdlü Sərdar Hacıyev qarın nahiyəsində bıçaq xəsarəti ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə daxil olub.

İstintaq prosesində S.Hacıyevə bıçaq zərbəsini kirayə qaldığı evin sahibi, 1979-cu il təvəllüdlü Gürcüstan vətəndaşı Vüqar Məmmədovun vurduğu məlum olub. O, 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

İlkin məlumata görə, kişilər arasında münaqişə zərərçəkənin Gürcüstan vətəndaşının yaxın qohumuna qarşı əxlaqsız davranışına görə baş verib.

Faktla bağlı araşdırma davam edir.

 

DiasporPress.az