Bakının bəzi hissələrində elektrik enerjisi təchizatının verilməsində problem yaranıb.
DiasporPress.az-ın məlumatına görə, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Heydər Əliyev prospekti, Xətai rayonu və Nizami rayonunda elektrik enerjisi təchizatının verilməsi dayandırılıb.
“Azərişıq” ASC-dən saytımıza bildirilib ki, baş vermiş hadisəyə yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranması səbəb olub:
“Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Qısa zamanda problem həll olunacaq və elektrik enerjisi təchizatının verilməsi bərpa olunacaq”.
DiasporPress.az