Koronavirus infeksiyasına yoluxma daha bir faciəyə səbəb olub.
Lent.az -ın məlumatına görə, 37 yaşlı iqtisadçı Ramin Qurbanov bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səyinə baxmayaraq, infeksiyaya yoluxmuş gənc doqquz gün mücadilə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu gün ad günü olan R.Qurbanov səhər saatlarında vəfat edib. Məlumata görə, onun azyaşlı qızı var.
Dostlarının və sinif yoldaşlarının sosial şəbəkələrdə yazdıqlarına görə, axşam saatlarında isə oğlunun itkisinə dözə bilməyən anası Nazilə Qurbanova ürək tutmasından vəfat edib.