Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə gecə klublarının birində qeydə alınıb.
1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rəfael oğlu tanımadığı şəxslərlə mübahisə zamanı döyülüb.
O, ağır bədən xəsarətləri alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az