Bakıda fəhlə səkkizinci mərtəbədən yıxılıb öldü

Bakıda fəhlə səkkizinci mərtəbədən yıxılıb öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonundakı tikinti sahəsində bədbəxt hadisə qeydə alınıb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 19-da, saat 16:00 radələrində Lökbatan qəsəbəsində “Bakı Cənub Qapısı” yaşayış kompleksinin ərazisində hündürmərtəbəli binanın inşası zamanı Quba rayon sakini, 1972-ci il təvəllüdlü fəhlə Abbas Sultanov səkkizinci mərtəbədən yıxılaraq həyatını itirib.

Hazırda Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, iş yerində ölümlə nəticələnən ilk hadisə deyil. Azərbaycanda tikinti sahələrində təhlükəsizlik tədbirlərinə əməl olunmaması faktları daha əvvəl də qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu yaxınlarda yaydığı hesabata görə, ötən il respublikada 63 nəfərin öldüyü, 239 nəfərin yaralandığı 247 istehsalat qəzası araşdırılıb.

 

DiasporPress.az