Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Lobaçova Yekaterina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
DiasporPress.az