Paytaxtın Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.
Obyektə baxış zamanı obyektin sahibi və bir müştəri aşkar olunaraq, Polis Bölməsinə gətirilib.
Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, inzibati qaydada cəzalandırılıblar.