Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, T.Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.
Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus “Nissan X-Trail” markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.
Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol-istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
DiasporPress.az