Bakıda zəhərlənmədən ölən qadının şəxsiyyəti müəyyənləşib.
Trend-in məlumatına görə, iyulun 10-da axşam saatlarında 20-25 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb və orada ölüb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ölən qadının kimliyi müəyyən edilib.
Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü A.Hacıyevadır və o, psixotrop maddə olan həbləri qəbul etdiyinə görə vəfat edib.
DiasporPress.az