Bakının Binəqədi qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Müəyyənləşdirilib ki, dünən saat 20:50 radələrində yerli sakin İskəndər Rəhimli döş və qarın nahiyəsinə nüfuz edən iki bıçaq xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) yerləşdirilib.
Xəstənin vəziyyəti ağır olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onu dindirə bilməyib.
Ağır bədən xəsarətləri yetirən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Cinayətin motivi bəlli deyil. Binəqədi rayonu 4-cü Polis Bölməsinin əməkdaşları cinayətkarın tapılması istiqamətində tədbirlər görür.
Qeyd edək ki, paytaxtda aprel ayının əvvəlindən sağlamlığa ciddi ziyan vurmaqla müşahidə olunan üç fakt qeydə alınıb.
DiasporPress.az