Aprelin 18-dən hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
DiasporPress.az-ın məlumatına görə, bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.
“Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, – deyə məlumatda qeyd edilib.
DiasporPress.az