Ölkə

Bakı sakinlərindən narkotik götürüldü

Bakı sakinlərindən narkotik götürüldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üç kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Z.Zeynalov və V.Cəbrayılov Abşeron rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı Z.Zeynalovdan üç kiloqram, V.Cəbrayılovdan isə 310 qrama yaxın heroin aşkar edilərək götürülüb.

 

DiasporPress.az