“Bağlanan banklarda 211 milyon manatlıq ipoteka kreditləri var”.
DiasporPress.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, miqrasiyanın hansı banka edilməsini İpoteka və Kredit Zəmanət Fondu özü müəyyənləşdirəcək:
“Eyni zamanda, bağlanan banklarda əmanətlərin 99 faizdən çoxu sığortalıdır. Həmin banklarda qorunmayan əmanətlərin həcmi isə üç milyon manat təşkil edir”.
DiasporPress.az