Ölkə

Bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı MÜHÜM AÇIQLAMA

Bağlanan banklardakı əmanətlərin qaytarılması ilə bağlı MÜHÜM AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bağlanan dörd bankda əmanətlərin geri qaytarılması məsələsi iki hissəyə bölünüb. İlkin olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də əmanətlərin qaytarılma prosesinə agent bank olan “KapitalBank” vasitəsilə 1 iyundan başlanıldı”.

DiasporPress.az-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun yeni təyin olunmuş icraçı direktoru Tural Piriyev keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, banklarda 30 min manata qədər olan vəsaitlərin kompensasiyası 1 iyun, 30 min manatdan yuxarı olanlar isə 1 iyuldan başlayaraq ödəniləcək:

“AGBank” ASC və “NBCBank” ASC-də əmanətlərin qaytarılması prosesində agent bank kimi “Beynəlxalq Bank” seçilib. İyuldan əmanətlər veriləcək. Burada 680 milyon manat sığortalanıb.

Hesabalamalar tam başa çatdıqdan sonra bu rəqəm bir faiz dəyişə bilər”.