Bağdadda nümayişçilərlə polis arasında baş verən qarşıdurmalarda azı 2 nəfər ölüb, daha 22 nəfər yaralanıb.
Bu barədə DiasporPress.az TASS-a istinadən xəbər verir.
“Reuters”in məlumatına görə, İraq təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb, nəticədə bir nəfər güllələnib. Daha bir nümayişçi isə izdihamı dağıtmaq üçün polis tərəfindən istifadə edilən gözyaşardıcı qazdan ölüb.
DiasporPress.az