AzTV-nin daha bir əməkdaşı COVID-19-a virusuna yoluxub.
Baku.ws xəbər verir ki, bir neçə gün əvvəl aparıcı Ülfət Rəhimovada koronavirus aşkarlanıb.
45 yaşlı teleaparıcı xəstəxanaya yerləşdirilib.
Ü.Rəhimova AzTV-də “Azərbaycan deyəndə” layihəsini təqdim edir. O, eyni zamanda, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində olan Teleradio Akademiyasında prorektor vəzifəsini icra edir.