Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC 30 ölkəyə 30,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac icmalı”na əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.
Səhmdar cəmiyyətinin ixrac gəlirləri onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.
Təkcə 2020-ci ilin sentyabr ayında isə “Azərkosmos” 11 ölkəyə 522 min ABŞ dolları dəyərində xidmət ixrac edib.
9 ay ərzində qurumun xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Malayziya və BƏƏ olub.
Diasporpress.az