Azərbaycanlı tələbə Moskvada vəfat edib.
DiasporPress.az xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetin məlumat yayıb.
Bildirilir ki, Təhsil 2 fakültəsinin akademik möhlətdə olan 4-cü kurs tələbəsi Tağızadə Nərmin Təbriz qızı martın 21-də Moskvada rəhmətə gedib.
“Universitetimizin rəhbərliyi və kollektivi adından Nərmin Tağızadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”
Nərmin Tağızadənin hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.