Ölkə

Azərbaycanlı şair koronavirusa yoluxdu – FOTO

Azərbaycanlı şair koronavirusa yoluxdu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şair Şəhriyar Del Gerani koronavirusa yoluxub.

DiasporPress.az xəbər verir ki, bu barədə şair özü məlumat verib.

O bildirib ki, ondan götürülmüş koronavirus testi pozitiv çıxıb.

“COVID-19 testim pozitiv çıxıb. Amma qəti şəkildə neqativə köklənmək olmaz. Allahdan gələn hər nə var, qəbulumdur. Canım üstdə, gözüm üstdə, ömrüm üstdə yeri hər bəlanın, hər xəstəliyin, hər dərdin. Allah hər şeyi görür və bilir.

Duaların göy üzündə Allaha çatan yeri var, mən buna həmişə inanmışam, indi də inanıram. Hər şey yaxşı olacaq. Allah necə haqdır!”

Qeyd edək ki, o, iki gün öncə xəstəxanaya yerləşdirilmişdi. O, son bir həftə ərzində yüksək hərarət və sümük ağrılardan əziyyət çəkdiyini bildirmişdi.