Jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə Massachusetts İnstitute of Technology (MİT) Computer Science ixtisasına qəbul olub.
Bu barədə məlumatı iqtisadi ekspert Qubad İbadoğlu şəxsi “Facebook” hesabında paylaşıb.
Ekspert paylaşımında universitet barədə də məlumat verərək bildirib ki, sözügedən təhsil ocağını bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollardır:
Xatırladaq ki, Abulatıb bu ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmışdı.
DiasporPress.az