Azərbaycanlı idmançı Anar Bağışov dənizdə boğulub.
Oxu.Az-ın xəbərinə görə, MMA ilə məşğul olan Anar Bağışov dünən Xəzər dənizinin Bilgəh qəsəbəsi hissəsində saat 13:00 radələrində üzərkən ölüb.
Ehtimala əsasən, onda qıcolma faktı olub. Onunla yanaşı üzənlərin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bağışovun cəsədini təxminən 4-5 saatdan sonra tapa bilib.
Qeyd edək ki, 21 yaşlı Anar Bağışov “Warriors” döyüş komandasında məşq keçib. Badamdar qəsəbəsində yaşayan gənc doğulduğu Masallı rayonunda dəfn olunub. Onun evli olduğu, həyat yoldaşının hamilə olduğu bildirilir.