Əməkdar artist Səbinə Babayeva boşanıb.
DiasporPresss.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat verib.
Rejissor həyat yoldaşı Cavidan Şərifov və övladı ilə birlikdə fotosunu paylaşan Səbinə boşanmasını bu cür şərh edib:
“Ciddi adət-ənənələrin olduğu ailədə böyümüşəm. Qurduğum ailəm də mənim üçün hər şeydən öndə gəlir. Tamamilə öz ailəmə bağlı olmuşam, bu, mənim üçün ən böyük xoşbəxtlik idi. Təəssüflər olsun ki, anlaşılmazlıqlar mənim ailə həyatıma son qoydu. Bizim çox sevdiyimiz oğlumuz var və onun tərbiyəsi, gələcəyi bizim üçün hər şeydən önəmlidi. Öncədən məni sevən və dəstək verən hər kəsə təşəkkür edirəm. Media nümayəndələrindən xahiş edirəm ki, bu çətin vaxtda bizi incitməyəsiniz. Mövzu haqqında mənim ilk və son şərhimdir. Hər birinizə xoş arzular diləyirəm”.
Qeyd edək ki, cütlük 2012-ci ilin sentyabr ayında ailə həyatı qurub. Cütlüyün 2016-ci ildə Əli adlı oğlu dünyaya gəlib.
DiasporPress.az